AUT.AZ

Lunyov transferində “Qarabağ”ın rəqibləri kimlərdir? – Meneceri açıqladı

“Qarabağ”ın transfer etmək istədiyi Leverkuzen “Bayer”in qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov qolkiperin gələcəyi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, o, “RB Sport”a açıqlamasında rusiyalı futbolçuya Ağdam təmsilçisi ilə yanaşı, İngiltərə və Türkiyə klubundan da təklif gəldiyini bildirib:

“Bayer”in yeni qapıçı alması vəziyyəti 180 dərəcə dəyişdi. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir. Amma İngiltərə Çempionşip, Türkiyə klublarından və “Qarabağ”dan təklif var. “Qarabağ”la birbaşa danışıqlar aparmadıq, amma bu gün “Bayer”in idman direktoru ilə söhbət etdim.

O, bu klubun Andreyi satmaq istəyindən danışdı. Kluba Azərbaycan komandasından rəsmi təklif gəlib. “Bayer”in mövqeyi Andreyə hörmətdir, tam dəstəkdir. Məqbul variant olarsa, klub Andreyi buraxacaqlar. Əks halda, Lunev müqavilənin sonuna qədər Leverkuzendə qalacaq. İndi Andreyin vəziyyətinə baxacağıq və qərar verəcək. Yaxın günlərdə alınsa, getməyə çalışacağıq. Elə ölkələr var ki, orada transfer pəncərələri gec bağlanır. Məsələn, Türkiyə və Azərbaycanda”.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov A.Lunyevi transfer etmək istədiklərini təsdiqləmişdi.

Exit mobile version