AUT.AZ

Futbolçuları hərbi bazaya apardı ki…

“Çelsi”nin baş məşqçisi Qrem Potter komandada motivasiyanı artırmaq üçün qeyri-standart üsullara əl atmaq qərarına gəlib.

Aut.az “The Sun”a istinadən xəbər verir ki, Potter keçən çərşənbə axşamı oyunçularını Hempşirdəki Liss şəhəri yaxınlığındakı hərbi bazaya aparıb.

Hərbi bazada ağır məşqlər olmayıb. Bunun əvəzinə Potter oyunçularını düşünməyə və birlikdə işləməyə təşviq etmək üçün bir sıra zehni məşqlər vasitəsilə onların intellektini inkişaf etdirməyə qərar verib.

Belə ki, məşqçi həm də çempionatdakı fasilədən istifadə edərək yeni futbolçuların kluba tez adaptasiya olmasına kömək etmək istəyir.

Qeyd edək ki, Potter İsveçin “Ostersund” klubunda çalışarkən  oyunçularını balet oynamağa, vikinqlər haqqında teatrlaşdırılmış tamaşalar yazmağa və ictimaiyyət qarşısında xalq mahnıları ifa etməyə məcbur edib.

 

Exit mobile version