AUT.AZ

“Fənərbaxça”nın futbolçusu Portuqaliya klubunda

“Fənərbaxça”nın futbolçusu Bruma karyerasını ölkəsində davam etdirəcək.

Aut.az xəbər verir ki, portuqaliyalı vinger “Braqa”ya keçəcək. 28 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında Premyer Liqa təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Fənərbaxça” Brumanı mövsümün əvvəlində PSV-dən icarəyə götürmüşdü. İstanbul təmsilçisi bir neçə gün əvvəl oyunçunu birdəfəlik transfer edib. Bruma “Fənərbaxça”nın baş məşqçisi Jorje Jesusun qərarı ilə əsas komandadan kənarlaşdırılıb.

Exit mobile version