AUT.AZ

Fəlakət olacaq

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 19-cu turunda keçiriləcək  “Jirona” ilə oyunla bağlı danışıb.

Aut.az xəbər verir ki, Xavi klubun “YouTube” kanalının efirində fikirlərini bildirib. O, bu qarşılaşmada qalib gəlməsələr, bunun faciə olacağını deyib:

“Əvvəlki mövsümlə müqayisədə əla vəziyyətdəyik – La Liqada liderik, Kral Kubokunun yarımfinalına yüksəlmişik və Super Kuboku qazanmışıq. Möhtəşəm bir dövr.

Bu, “Barselona”dır və biz “Jirona”nı məğlub etməliyik. Qalib gəlməsək, fəlakət olacaq. Odur ki, oyun başlamazdan əvvəl indiki vəziyyətimizdən həzz alaq”.

“Jirona” – “Barselona” matçı bu gün, yanvarın 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

 

Exit mobile version