AUT.AZ

Bu komandanı məğlub etməkdən yorulub

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola karyerasında ən çox “Arsenal”ı məğlub edib.

Aut.az xəbər verir ki, “Mançester Siti” yanvarın 27-də İngiltərə Kubokunun 1/16 finalında “Arsenal”la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

52 yaşlı kataloniyalı çalışdırıcı üçün bu, “Arsenal” üzərində 18-ci qələbədir.

Qvardiolanın ən çox məğlub etdiyi ilk 5 komandanın siyahısına,  həmçinin “Bernli” (14 qələbə), “Çelsi” (13), “Mançester Yunayted” (12) və “Real” (12) daxildir.

Bu, Qvardiolanın “Arsenal”a qarşı 25-ci oyunu idi. Bu da karyerası ərzində bir komandaya qarşı keçirdiyi ən çox oyundur. O, “Çelsi”i ilə 24, “Mançester Yunayted”lə 22, “Real”la isə 21 dəfə qarşılaşıb.

İngiltərə kubokunun əvvəlki mərhələsində “Mançester Siti” “Çelsi”ni 4:0 hesabı ilə məğlub edib.

Exit mobile version