AUT.AZ

Belçika millisi Bakıya onunla gələcək?

Aut.az xəbər verir ki, söhbət italyalı Domeniko Tedeskodan gedir. Moskva “Sparatak”ının 37 yaşlı sabiq çalışdırıcısına maraq Belçika Futbol Federasiyasının yeni texniki direktoru Frenk Verkauternin adı ilə bağlıdır. Tedeskonun gənc olması, bir neçə dil bilməsi, taktiki məşqlərə üstünlük verməsi ona maraq yaradıb.

Federasiya artıq gələn həftə yığmanın yeni baş məşqçisini təyin etmək istəyir. “Spartak”la yanaşı, Almaniyada “Şalke” və “Leypsiq” kimi klublarda çalışmış Tedesko vakant posta ən real namizədlərdən biri sayılır.

Qeyd edək ki, Belçika Avropa Çempionatının seçmə mərhələsində millimizlə birlikdə F qrupunda yer alıb. Bu komandalar arasında ilk oyun sentyabrın 9-da Bakıda keçiriləcək. Qrup mərhələsinin son turuna təsadüf edəcək 2-ci qarşılaşma isə noyabrın 19-da Beçikada baş tutacaq.

Exit mobile version