AUT.AZ

Ukrayna Olimpiadada olmayacaq?

Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Vadim Qutsayt Olimpiya Oyunlarını boykot edə biləcəklərini açıqlayıb.

Aut.Az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı və belaruslu idmançıların müəyyən qaydalara riayət etməklə yarışlarda neytral statusda çıxış imkanlarının araşdırılacağını bildirib.

 

Qutsayt sosial şəbəkədə sözügedən məsələyə etiraz edərək bunları vurğulayıb:

“Hazırda sanksiyaların uzadılması, rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlarda iştirakının qarşısını almaq üçün növbəti mümkün addımlar və prioritet tədbirlər üzərində iş aparılır. Əgər səsimiz eşidilməzsə, Olimpiya Oyunlarında iştirakdan imtina edəcəyimizi istisna etmirəm”.

Qeyd edək ki, növbəti Olimpiada 2024-cü ildə Parisdə keçiriləcək.

Exit mobile version