AUT.AZ

Türkiyə klubu baş məşqçini istefaya göndərdi

Türkiyə Super Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

Aut.az xəbər verir ki, “Qaziantep” Erol Bulutla yollarını ayırıb. bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vurulub.

Qeyd edək ki, Erol Bulut 2021-ci ilin iyun ayından “Qaziantep”i çalışdırırdı. Komanda Türkiyə Super Liqasında 20 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Exit mobile version