AUT.AZ

Razılaşdı, İngiltərəyə gedir

PSJ-nin qapıçısı Keylor Navas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Aut.az xəbər verir ki, qapıçı “Nottingem Forest”ə keçməyə hazırdır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

36 yaşlı futbolçunun İngiltərə komandasının şərtlərini qəbul etdiyi qeyd edilir. Mənbənin sözlərinə görə, “Nottingem Forest”  Kosta-Rika millisinin qapıçısını icarəyə götürməyə hazırdır və futbolçunun tam hüquqlu transferi də nəzərdən keçirilir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 5 milyon avro qiymətləndirilir.

Navas 2019-cu ildən PSJ-də oynayır. Ümumilikdə o, “qırmızı-göylər”in heyətində 108 oyun keçirib, 87 qol buraxıb.

Exit mobile version