AUT.AZ

“Qarabağ”la oyunu unuda bilmir: Fəlakət idi

Polşanın “Lex” klubunun baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyununu xatırlayıb.

Aut.az xəbər verir ki, niderlandlı mütəxəssis Polşa mətbuatına müsahibəsində Bakıda 1:5 hesabı ilə uduzduqları matç barədə deyib:

“Fəlakət idi. Həmin matçda komanda dağıldı. Mütəşəkkil deyildik, Böyük məyusluqdur. 1:0-dan sonra 1:5 hesabı ilə uduzursan. Biz o dərsdən çox şey öyrəndik. Bunu özüm haqqında da deyə bilərəm. Çətin idi. Müdafiənin mərkəzində problemlər var idi. Çox səhvlər etdik. Rəqib belə səhvlərdən istifadə edirsə, təbii ki, uduzacaqsınız.

Belə olacağını gözləmirdik. Hamımız Çempionlar Liqasının qrup mərhələsi üçün mübarizə aparacağımızı düşünürdük. Bura gələndə ilk məqsədim bu idi”.

Xatırladaq ki, ötən ilin iyul ayında keçirilən görüşlərdə səfərdə 0:1 hesabı ilə uduzan “Qarabağ” Bakıda 5:1 qalib gələrək 2-ci mərhələyə yüksəlmişdi.

Exit mobile version