AUT.AZ

“Qarabağ”ın rəqibi cəzalandı

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” cərimələnib.

Aut.az xəbər verir ki, Belçika Futbol Assosiasiyası “Brügge” ilə ev matçında azarkeşlərinin priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsinə görə “Gent”i 1500 avro cərimələyib.

“Gent” ötən ilin noyabrında baş tutan matçda “Brügge”ni 2:0 hesabıyla məğlub etmişdi.

“Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab matçı bir həftə sonra Belçikada keçiriləcək.

Exit mobile version