AUT.AZ

Kloppdan “Çelsi”yə qarşı üsyan

“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Aut.az xəbər verir ki, alman mütəxəssis qış transfer dövründə böyük məbləğlər xərcləyən “Çelsi” haqda danışıb:

“Çelsi”nin yeni sahibi var. Onların bu qədər pulu necə xərclədiyini başa düşə bilmirəm. Bu haqda danışanda da heç kim məni xoşlamır. Pulunuz tükənməyəcəksə, bir gecədə gedib 10 futbolu ala bilməzsiz. Nə üçün belə xərclər olduğunu bilmirəm”.

Qeyd edək ki, “Çelsi” qış fasiləsində “Şaxtyor”dan Mixail Mudriki (100 milyon avro), PSV-dən Noni Maduekeni (35 milyon avro), “Monako”da Benoit Badiaşili (30 milyon avro), “Molde”dən David Fofananı (20 milyon avro) və “Atletiko”dan Joao Feliksi (icarə haqqı 11 milyon avro) heyətinə qatıb.

Exit mobile version