AUT.AZ

Futbol bazarında maxinasiya: süni qiymət artımı

A Seriyasının prezidenti Lorentso Kazini liqada kapital artımı problemindən danışıb.

Aut.az xəbər verir ki, o, kapital qazanmaq istəyinin normal olduğunu, amma bundan sui-istifadə edənlərin də olduğunu bildirib:

“Kapitalın artımı ciddi məsələdir. Bunun nə qədər artdığını görmək üçün hesabatdakı məlumatlara baxmaq kifayətdir.

Kapital artırmaq pis deyil, bir çox klublar bununla dolanır. Problem ondadır ki, təkcə İtaliyada deyil, xaricdə də bir çoxları bundan sui-istifadə edir”.

O, futbolçuların real transfer dəyərini müəyyənləşdirməyin çox çətin olmasından da danışıb:

“Bu, təkcə A Seriyasında deyil, bütün futbol sistemində mövcud olan problemdir. Söhbət real qiymətlərin olmadığı sistemdən gedir. FİFA real dəyəri təyin etməyə çalışır, lakin bu, asan deyil”.

İtaliya Futbol Federasiyası (FIGC) məhkəməsi qondarma kapital artımına görə “Yuventus”u 15 xaldan məhrum edib. Bundan sonra klub A Seriyasında 10-cu pilləyə düşüb

Exit mobile version