AUT.AZ

Azərbaycandakı bu döyüş ilin ən yaxşısı ola bilər

Beynəlxalq Cüdo Federasiyası 2022-ci illə bağlı müxtəlif nominasiyalar üzrə səsvermə elan edib.

Aut.az xəbər verir ki, “ilin anı” nominasiyası üzrə Azərbaycan cüdoçusu Səid Mollayinin 8 yaşlı Məhəmməd Şahverdili ilə döyüşü namizədlər arasında yer alıb.

Səsvermə 31 yanvara qədər davam edəcək. Qaliblər 5 fevralda Parisdə “Böyük Dəbilqə” turnirində açıqlanacaq.

Qeyd edək ki, sözügedən şou xarakterli döyüş Bakı Böyük Dəbilqə turniri çərçivəsində baş tutub. 2 dəqiqə davam edən görüş Məhhəmmədin “ipon”la qələbəsi ilə nəticələnib.

 

Exit mobile version