AUT.AZ

“Siti”də nə baş verir? – Futbolçularla Pep arasında…

“Mançester Siti”nin 5 əsas oyunçusu yay transfer pəncərəsi zamanı klubu tərk etmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb. Komandadan ayrılmaq istəyənlərin siyahısına İlkay Gündoğan, Bernardo Silva, Kayl Uoker, Joao Kanselu və Emerik Laport daxildir.

Gündoğanın “Siti” ilə müqaviləsi yayda başa çatır. Klub onunla yeni müqavilə bağlamaq istəyir, lakin Gündoğanın özü ayrılmağı düşünür.

Bernardo Silva uzun müddətdir ki, klubunu dəyişmək haqda düşünür. Futbolçu ilə “Barselona”, “Real” və PSJ fəal maraqlanırdı. Silva “Siti”nin yeni müqavilə təkliflərini rədd edir.

Silvanın həmyerlisi Kanselunun baş məşqçi Pep Qvardiola və məşqçilər korpusu ilə münasibətləri gərgindir. Bu səbəbdən də o, komandadan getmək istəyir. Mərkəz müdafiəçisi Laport da oxşar səbəblərdən 2023-cü ilin yayında ümumilikdə İngiltərəni tərk etməyi düşünür.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 20 oyundan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Exit mobile version