AUT.AZ

Avstraliyada iki təxribart: erməniyə söz deyilmir, serblər isə…

“Australian Open” tennis turnirində növbəti qalmaqal yaşanıb.

Aut.az xəbər verir ki, “Böyük Dəbilqə”li seriyalı yarışın 9 qat qalibi olan serbiyalı Novak Cokoviçin azarkeşləri diqqət mərkəzinə düşüblər. Təcrübəli idmançının həmyerlilərinin Vladimir Putinin şəkli olan Rusiya bayraqları ilə “silahlanması” və şüarlar səsləndirməsi insidentə səbəb olub.

Nəticədə serbiyalı dörd azarkeş həbs edilib. Son məlumata görə, təxribatçı fanatlar dindirildikdən sonra sərbəst buraxılıblar.

Beynəlxalq Tennis Federasiyası ilə “Australian Open”in təşkilatçıları ortaq bəyanat yayaraq təhlükəsizlik tədbirlərinin artırılacağını və oxşar hadisələrin təkrarlanmaması üçün sərt qərarlar verəcəklərini bildiriblər.

Novak Cokoviç 1/4 final matçında rusiyalı Andrey Rublevlə qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, bu, turnirdəki ilk qalmaqal deyil. Daha əvvəl erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanov Azərbaycana qarşı təxribat edib. O, turnirin oyunlarından sonra iki dəfə yayımçı kameraların ekranına “”Artsax”a dəstək” sözlərini yazıb. Azərbaycan Tennis Federasiyasının etirazlarına baxmayaraq, təşkilatçılar erməni tennisçini cəzalandırmayıblar. Yalnız “məsələni araşdıracağıq” deməklə kifayətləniblər.

 

Exit mobile version