AUT.AZ

“Milan” “San Siro”dan çıxır

İtaliya”nın “Milan” klubunun yeni stadionu olacaq. 

Aut.Az xəbər verir ki, bunu “Calciomercato”ya “qırmızı-qaralar”ın baş direktoru Paolo Skaroni deyib.

 

“Milan” stadionu təkbaşına tikməyə hazırdır. Sizi əmin edirəm, klubumuzun yeni stadionu olacaq. Bunu etmək üçün ilk fürsətdə ondan istifadə edirik.

“Milan” stadiondan cəmi 40 milyon avro qazanır. Belə aşağı gəlirlərlə beynəlxalq miqyasda necə rəqabət apara bilərik? Buna görə də biz tamamilə yeni bir stadion tikmək istəyirik”.

Qeyd edək ki, “Milan” “İnter”lə birgə ev oyunlarını “San Siro”da keçirirlər.

Exit mobile version