AUT.AZ

Liqanın pedofil prezidenti həbs olundu

Fransanın həndbol üzrə milli komandasının əfsanəvi qapıçısı, Milli Həndbol Liqasının sabiq prezidenti  Bruno Martini həbs olunub.

Aut.Az xəbər verir ki, o, pedofiliya ittihamı ilə dəmir barmaqlıqlar arxasına düşüb.

Məlumata görə, Martininin əməli polisin iki illik əməliyyatından sonra aşkarlanıb. Fransa milli komandası ilə 1995 və 2001-ci illərdə dünya çempionu olan Bruno “azyaşlıları istismar etmək” və “uşaq pornoqrafiyası çəkmək” ittihamı ilə saxlanılıb.

O, 2021-ci ilin sonundan rəhbərlik etdiyi MHL-in prezidenti postundan istefa verib. Martini müstəntiqlərə etiraf edib ki,  13 yaşlı uşaqla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb, ondan açıq-saçıq foto və videolar istəyib, görüşməyi təklif edib. O, Parisdəki evində həbs edilib.

Martini günahını etiraf edərsə, onu 5 il həbs cəzası gözləyir.

Exit mobile version