AUT.AZ

Cərimələndi, vəsiqəsi əlindən alındı

İngiltərə Premyer Liqa təmsilçisi “Nyukasl”ın hücumçusu Joelinton sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cərimələnib.

Aut.az xəbər verur ki, o, 12 ay sürücülük hüququndan məhrum edilib.

Braziliyalı hücumçu məhkəmə qarşısına çıxıb və sərxoş vəziyyətdə avtomobil idarə etdiyini etiraf edib. Məhkəmənin hökmünə əsasən, o, 29 min funt-sterlinq cərimə ödəməli olacaq.

Joelinton hadisəsi yanvarın 12-nə keçən gecə baş verib.

Exit mobile version