AUT.AZ

Bu ölkənin yığmasına “hə” dedi

“Milan”ın ispaniyalı futbolçusu Brahim Diaz Mərakeş millisində çıxış edəcək.

Aut.az xəbər verir ki, müqavilə ilə Madrid “Real”ına məxsus olan ispaniyalı yarımmüdafiəçi Afrika təmsilçisinin formasını geyinməyə razılıq verib. 23 yaşlı futbolçu artıq yığmanın martda keçiriləcək təlim-məşq toplanışına dəvət edilib.

Malaqada doğulan Diazın Mərakeş köklərinin olduğu bildirilir. Qətərdə keçirilən dünya çempionatından əvvəl ona millidə oynamaq təklif olunsa da, bundan imtina etmişdi. O, İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.

Əsas yığmaya da dəvət edilən futbolçu yalnız 1 yoldaşlıq oyununda meydana çıxıb. O, “matadorlar”la rəsmi oyunda iştirakçısı olmadığından, Mərakeş millisində çıxış edə biləcək.

Exit mobile version