AUT.AZ

Başlarında kaska, əyinlərində… – Messi, Neymar, Mbappe tikinti meydançasında

PSJ-nin futbolçuları, o cümlədən ulduz hücumçular Lionel Messi, Kilian Mbappe və Neymar klubun tikilməkdə olan məşq bazasına baş çəkiblər.

Aut.az xəbər verir ki, PSJ 2023/2024 mövsümündə yeni təlim-məşq bazasına köçəcək. Kompleks 2023-cü ilin yazına qədər tam başa çatdırılmalıdır.

PSJ-nin kapitanı Markinyos klubun mətbuat xidmətinə verdiyi açıqlamada təəssüratını bildirib:

 “Sadəcə möhtəşəmdir. On ildir ki, buradayam. Bu layihənin daha uzun sürəcəyini düşünürdüm, o vaxta qədər hələ də PSJ-də oynayacağımı bilmirdim. Bazanın, demək olar ki, tamamlandığını görəndə…

Klubun illər ərzində necə böyüdüyü ilə fəxr edirəm. Yeni məşq obyekti klubun böyük bir ailə olaraq düzgün istiqamətdə getdiyini göstərir. Bu, bizə inam verir. Belə bir mərkəz bizə iş və məşq üçün ən yaxşı şəraiti yaradacaq”.

Exit mobile version