AUT.AZ

41 yaşında futbola qayıdır, 4 qola görə

Fransa millisinin sabiq hücumçusu Cibril Sisse peşəkar futbola qayıtmağa hazırlaşır.

Autaz xəbər verir ki, o, bu barədə “Canal Plus”-a danışıb. Sisse, hətta pulsuz oynamağa hazır olduğunu bildirib:

“Liqa 1-də 100 qol həddinə çatmaq istəyirəm. Cəmi 4 qolum çatmır. Bunu reallaşdırmaq istəyirəm. Klublardan biri mənə oynamaq şansı versə, bunu pulsuz edəcəm”.

41 yaşlı Sisse “Liverpul”, “Olimpik Marsel”, “Sanderlend”, “Panatinaikos”, “Latsio”, “Kvins Park Reyncers” və “Kuban Krasnodar” kimi klublarda çıxış edib. Ümumilikdə klub karyerası ərzində 554 oyun keçirib və 236 qol vurub. O, karyerasını 2014/2015 mövsümündən sonra Fransa “Bastia” komandasında bitirib.

Exit mobile version