AUT.AZ

Zorlama ittihamı ilə bağlı yeni təfərrüat

Zorlamada ittiham olunan braziliyalı müdafiəçi Dani Alvesin işində yeni təfərrüatlar üzə çıxıb.

Aut.az xəbər verir ki, 23 yaşlı ərizəçi dekabrın 30-da Barselonadakı “Sutton” gecə klubunda iddia edilən zorlama hadisəsindən qısa müddət sonra kameraya çəkilib.

“El Periódico”nun məlumatına görə, polis agentlərindən biri bilmədən sinəsinə taxdığı kameranı işə salıb və gənc qadının, Dani Alvesin ona təcavüz etdiyi haqda ilk açıqlamasını lentə alıb.

Gənc qadın məhkəmə-tibb ekspertizasının müayinəsi üçün klinikaya aparılıb. Bu müayinə zamanı qızda mübarizə nəticəsində aldığı xəsarətlər və toxum mayesinin izləri aşkar edilib.

Exit mobile version