AUT.AZ

“Zirə” təsdiqlədi: Onun keçidini

“Zirə”nin Vladislav Kulaçla müqavilə bağlayacağı haqda məlumat vermişdik.

Aut.az xəbər verir ki, klub, rəsmi saytı vasitəsilə bu transferi təsdiqləyib. “Zirə” ukraynalı futbolçu Vladislav Kulaçla anlaşıb. 30 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Vladislav Kulaçın son klubu Ukrayna “Dinamo”su (Kiyev) olub. O, həmçinin ölkəsinin “Şaxtyor” (Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zarya”, “Vorlska”, “Oleksandriya”, həmçinin, Türkiyənin “Əskişəhərspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.

Exit mobile version