AUT.AZ

UEFA bu ideyadan imtina etdi

UEFA yığma komandalar arasında keçirilən turnirlərlə bağlı islahat aparacaq.

Aut.az xəbər verir ki, bu gün Nyonda qurumun icraiyyə komitəsinin iclası keçiriləcək. İclasda Avropa yarışlarında islahatlarla bağlı bir neçə məsələ müzakirə ediləcək.

Birincisi, dünya çempionatı üçün yeni seçim sistemidir. 2026-cı ildən mundialda 16-sı Avropa olmaqla 48 komanda iştirak edəcək. Bununla bağlı UEFA seçmə mərhələnin formatını dəyişməyi planlaşdırır.

Seçmə mərhələdə 4 və ya 5 komandadan ibarət 12 qrup yaradıla bilər. Bu sistemlə qruplarda birinci yeri tutan komandalar dünya çempionatına birbaşa vəsiqə qazanacaq, qalan 4 yer isə pley-off oyunlarından sonra müəyyənləşəcək.

Bu, nəzərdən keçirilən yeganə variant deyil, lakin hər hansı dəyişiklik matçların sayının azaldılmasını nəzərdə tutacaq.

UEFA Millətlər Liqasının formatında dəyişiklik etməyi də nəzərdən keçirəcək. Əgər əvvəllər A Liqasının qruplarında birinci yeri tutan komandalar “dördlər” finalına vəsiqə əldə edirdisə, indi ikinci yeri tutan komandaların da iştirak edəcəyi pley-off mərhələsi yarana bilər.

Qeyd olunur ki, UEFA Avropa çempionatını 32 komandaya qədər genişləndirməkdən imtina edib. Yeni formatın 2028-ci ildən tətbiqi planlaşdırılırdı, lakin UEFA bu ideyadan imtina edib. Belə bir formatın turnirin əhəmiyyətini və nüfuzunu aşağı salacağı düşünülür.

 

Exit mobile version