AUT.AZ

Prezident, “geydir, arvadından ayrılıb” dedi – Məşhur hakim ölkədən qaçdı

İngiltərə Premyer Liqasının sabiq hakimi, Misirin Hakimlər Komitəsinin sədri  Mark Klattenburq cinsi oriyentasiyası ilə bağlı yayılan söz-söhbətlərə görə ölkəni tərk edib.

Aut.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, Misirin “Zəmələk” klubunun prezidenti Mortada Mansur hakimlər komitəsinin sədrinin fəaliyyətini tənqid edib. O, həmçinin iddia edib ki, ingilis hakim homoseksual münasibətlər naminə həyat yoldaşından ayrılıb.

Bundan sonra ona qarşı təzyiqlər başlayıb. Klattenburq “Zəmələk” fanatlarının təhdidləri fonunda təhlükəsizliyindən qorxduğu üçün istefa verib və ölkəni tərk etmək qərarına gəlib.

Exit mobile version