AUT.AZ

Millimizin keçmiş üzvü Moskvada futbol məktəbi açdı

Azərbaycan milli komandasının keçmiş üzvü Nizami Hacıyev Rusiyada futbol məktəbi açıb.

Aut.az xəbər verir ki, veteran futbolçu bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nizami Hacıyev adına N8H adlanan məktəb Moskvada fəaliyyət göstərəcək. Orada 2005-2017-ci il təvəllüdlü uşaqlar futbolla məşğul olacaqlar.

Qeyd edək ki, Nizami Hacıyev karyerası ərzində “Şamaxı” (keçmiş “İnter”), “Xəzər Lənkəran”, “Qəbələ” kimi klublarda çıxış edib. O, 2017-ci ildə oyun alqı-satqısı ittihamı ilə futboldan ömürlük uzaqlaşdırılıb.

Exit mobile version