AUT.AZ

Millətlər Liqası: “Dördlər finalı”nın püşkü atıldı

UEFA Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılıb.

Aut.az  xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada yarımfinal cütləri məlum olub.

Püşkə görə, İspaniya İtaliya ilə, Niderland Xorvatiya ilə qarşılaşacaq.

“Dördlər finalı” 14-18 iyunda Niderlandın Rotterdam və Enshede şəhərlərində keçiriləcək. İyunun 14-də və 15-də yarımfinal matçları, 18-də isə final oyunu olacaq.

Exit mobile version