AUT.AZ

Məğlubiyyətin səbəbi: “Qarabağ”a qarşı hücumda oynayırsansa…”

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Qarabağ” matçından sonra (2:3) meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyunu dəyərləndirib.

Aut.az xəbər verir ki, gənc mütəxəssis gərgin keçən matçdakı məğlubiyyəti belə dəyərləndirib:

“Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Azarkeşlərimizin qarşısında oynayırdıq. Maraqlı oyun oldu. Azarkeşlər futboldan zövq ala bildi. Son dəqiqlərdə buraxılan qol bir az ümidsizlik yaratdı. Amma futbolçularımdan razı qaldım. Növbəti oyunlara hazırlaşacağıq.

Qışa qədər ən yaxşı cəhətimiz standart vəziyyətlər idi. Bu gün təəssüf ki, rəqib bütün qolları başla vurdu. Daha diqqətli olmalıyıq. “Qarabağ”a qarşı hücumda oynayırsansa, müdafiədə boşluqlar olacaq. İnkişaf etmək istəyiriksə, belə risklər etməliyik”.

Exit mobile version