AUT.AZ

İddiaya bax: Bu ölkənin futbolunu dünya səviyyəsinə mən çıxardım

Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç olduqca iddialı açıqlama verib.

Aut.az xəbər verir ki, İbra “Football Italia”ya açıqlamasında Fransa futbolu haqda danışıb. O, Fransa futbolunu dünya səviyyəsinə məhz özünün çıxartdığını deyib:

“Mən Fransanı sevirəm. Dörd il Fransada keçirdim və bu ölkənin futbolunu dünya səviyyəsinə çıxardım. Bu, təkəbbür deyil, özünəinamdır”.

Qeyd edək ki, İbrahimoviç 2012-2016-cı illərdə PSJ-in şərəfini qoruyub.

O, Paris klubunun heyətində 12 titul qazanıb.

Exit mobile version