AUT.AZ

İddia edir ki, 30 il əvvəl…

Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Aut.az xəbər verir ki, o, 30 il əvvəl baş verdiyi iddia edilən zorlamada günahlandırılır. Bu barədə ABC telekanalı məlumat yayıb.

5 milyon dollarlıq iddia qaldıran qadın deyib ki, Tayson onu limuzində zorlayıb və o, “fiziki, psixoloji və emosional travma” alıb.

Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün altı il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının üç ilini həbsxanada çəkib. Cəzaçəkmə müəssisəsində psixoloqla eşq yaşayıb. Məhz onun sayəsində azadlığa çıxıb.

Exit mobile version