AUT.AZ

Həbs olunur – SƏBƏB

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor yaşadığı qalmaqal səbəbindən həbs oluna bilər. 

Aut.Az xəbər verir ki, məlumatı “Sportskeeda” yayıb.

Məlumata görə, Makqreqor ötən ilin iyulunda İbiza adasında yaxtada ad gününü qeyd edərkən bir qadına hücum edib. Qurbanına qəzəblənən döyüşçü qadının qarnına və çənəsinə zərbə endirib, sonra isə onu boğacağı ilə hədələyib.
Belədə, qadın yaxtadan suya tullanmaq məcburiyyətində qalıb. O, dəniz patrulu tərəfindən xilas edilərək sahilə aparılıb.

42 yaşlı həmin qadın indi Konor Makqreqoru fiziki zorakılığa görə məhkəməyə verib.

Exit mobile version