AUT.AZ

Fərhad klubu 500 milyona satır

“Everton”un sahibi Fərhad Moşiri klubu satmağa hazırdır.

Aut.az xəbər verir ki, milyarder bu satışdan 500 milyon funt-sterlinqdən çox qazanc əldə etməyi düşünür.

Bildirilir ki, artıq bir neçə potensial alıcı bu sövdələşməyə maraq göstərib.

Moşuri 2016-cı ildə “Everton”un səhmlərinin 49,9%-ni alıb. İki il sonra o, payını 68,6%-ə, 2019-cu ilin iyununda isə 77,2%-ə yüksəldib.

“Everton” 20 turdan sonra Premyer Liqada 19-cu yerdədir. Ötən gün “Everton”un baş məşqçisi Frenk Lempard istefaya göndərilib.

Exit mobile version