Köşələrimiz

  • Köşə
Bir erməni ilə bacarmayan AFFA və Tennis Federasiyası

Bir erməni ilə bacarmayan AFFA və Tennis Federasiyası

22 Yanvar 2023

Rövnəq Abdullayevi Antalyaya niyə buraxmırlar?

Rövnəq Abdullayevi Antalyaya niyə buraxmırlar?

21 Yanvar 2023

Azərbaycan futbolunda kütləvi həbslər olacaq

Azərbaycan futbolunda kütləvi həbslər olacaq

18 Yanvar 2023

“Qarabağ” elə bir futbolçu transfer edir ki…

“Qarabağ” elə bir futbolçu transfer edir ki…

06 Yanvar 2023

  • Trending
  • Comments
  • Latest
Rövnəq Abdullayev: “De Byazinin qalmasını elə adam xahiş etdi ki…”

Rövnəq Abdullayev: “De Byazinin qalmasını elə adam xahiş etdi ki…”

04 Oktyabr 2022
Qurban Qurbanovu ya həbs etməlidirlər, ya da…

Qurban Qurbanovu ya həbs etməlidirlər, ya da…

04 Oktyabr 2022
Qətl törədən Ruslan tanınmış məşqçinin oğludur

Qətl törədən Ruslan tanınmış məşqçinin oğludur

26 Noyabr 2022
Hanı Qurban Qurbanovun “Qarabağ”da yetişdirdiyi futbolçu?

Hanı Qurban Qurbanovun “Qarabağ”da yetişdirdiyi futbolçu?

21 Oktyabr 2022
Rövnəq Abdullayev: “Zəif qrupa düşdük, daha güclü komandalar arzulayırdım”

Rövnəq Abdullayev: “Zəif qrupa düşdük, daha güclü komandalar arzulayırdım”

10 Oktyabr 2022
Gözəl ailəsi Azərbaycandan gedir: “Qarabağ”ın aqibəti necə olacaq?

Gözəl ailəsi Azərbaycandan gedir: “Qarabağ”ın aqibəti necə olacaq?

23 Yanvar 2023
“Neftçi”də istefa – “Kamran Quliyevlə işləmək mümkün deyil” deyərək…

“Neftçi”də istefa – “Kamran Quliyevlə işləmək mümkün deyil” deyərək…

31 Yanvar 2023
Qayıbovun “unikal metod”unun Azərbaycan idmanına vurduğu zərər  – Ekspert faktlarla ifşa etdi

Qayıbovun “unikal metod”unun Azərbaycan idmanına vurduğu zərər  – Ekspert faktlarla ifşa etdi

05 Yanvar 2023
Daha bir komanda regiona göndərilir – Eksklüziv

Daha bir komanda regiona göndərilir – Eksklüziv

24 Oktyabr 2022
Rauf Məmmədov cəmisi bir gedişdən sonra Karlsenə niyə təslim oldu?

Rauf Məmmədov cəmisi bir gedişdən sonra Karlsenə niyə təslim oldu?

16 Oktyabr 2022
Canni de Byazi Azərbaycanda nə qədər məvacib alır?

Canni de Byazi Azərbaycanda nə qədər məvacib alır?

Qurban Qurbanovu ya həbs etməlidirlər, ya da…

Qurban Qurbanovu ya həbs etməlidirlər, ya da…

Rəşad Sadıqovu “tələ”yə salanlar

Rəşad Sadıqovu “tələ”yə salanlar

Təklif var

Təklif var

Millimizə yeni baş məşqçi, yoxsa Byazi ilə yola davam

Rövnəq Abdullayevin heç bir məsuliyyəti yoxdur?

Qara stadionda nə görüb?

Kadi sirri açdı

Kadi sirri açdı

Emin fərqi göstərdi

Emin fərqi göstərdi

200 milyon avro qabağa düşəcək

200 milyon avro qabağa düşəcək

Dünya futbolu 13:54 01.10.2022 "Barsa" Frenki de Yonqa marağını itirməyib

MY-nin gözü “Barsa”da

Alvesə daha bir şok xəbər – 5 milyon…

Alvesə daha bir şok xəbər – 5 milyon…

02 Fevral 2023
Ukraynalı futbolçu üçün 22 milyon avro ödədilər

Ukraynalı futbolçu üçün 22 milyon avro ödədilər

02 Fevral 2023
“Qarabağ” Portuqaliyadan futbolçu alır – Rəsmi təklif göndərdi

“Qarabağ” Portuqaliyadan futbolçu alır – Rəsmi təklif göndərdi

02 Fevral 2023
Ərəblərin yeni planı – Bu dəfə hədəfdə onlardır

Ərəblərin yeni planı – Bu dəfə hədəfdə onlardır

02 Fevral 2023
Milli üzvü “Azərreyl”də

Milli üzvü “Azərreyl”də

02 Fevral 2023
AÇ-2025: Millimiz Ukrayna və İngiltərəyə rəqib oldu

AÇ-2025: Millimiz Ukrayna və İngiltərəyə rəqib oldu

02 Fevral 2023
“Araz Naxçıvan”dan “Neftçi”yə 5 qol

“Araz Naxçıvan”dan “Neftçi”yə 5 qol

02 Fevral 2023
 “Dinamo”nun əmlakını yağmalayırlar

 “Dinamo”nun əmlakını yağmalayırlar

02 Fevral 2023
Türkiyə millisinin üzvü yenidən Bundesliqa klubunda

Türkiyə millisinin üzvü yenidən Bundesliqa klubunda

02 Fevral 2023
18 saniyə gecikən transfer

18 saniyə gecikən transfer

02 Fevral 2023
02 Fevral 2023
AUT.AZ
  • Əsas səhifə
  • FUTBOL
    • Azərbaycan futbolu
    • Dünya futbolu
    • Çempionlar Liqası
    • Avropa Çempionatı
    • Avropa Liqası
    • Dünya cempionatı
    • Konfrans Liqası
    • Millətlər Liqası
  • Digər
    • Futzal
    • Güləş
    • Gimnastika
    • Qaydasız döyüş
    • Hokkey
    • Həndbol
    • Tennis
    • Şahmat
  • Canlı hesab
No Result
View All Result
AUT.AZ
  • Əsas səhifə
  • FUTBOL
    • Azərbaycan futbolu
    • Dünya futbolu
    • Çempionlar Liqası
    • Avropa Çempionatı
    • Avropa Liqası
    • Dünya cempionatı
    • Konfrans Liqası
    • Millətlər Liqası
  • Digər
    • Futzal
    • Güləş
    • Gimnastika
    • Qaydasız döyüş
    • Hokkey
    • Həndbol
    • Tennis
    • Şahmat
  • Canlı hesab
No Result
View All Result
AUT.AZ
No Result
View All Result
Ev FUTBOL Azərbaycan futbolu

Sadıq Sadıqov: Lənkərana səfər mənim üçün ən unudulmaz hadisələrdən…

24 Yanvar 2023
0 0
A A
0
Sadıq Sadıqov: Lənkərana səfər mənim üçün ən unudulmaz hadisələrdən…
Share on FacebookShare on Twitter

“Neftçi”dən gedişi gözlənilməz olmuşdu.

Komandanın daxili və xarici arenalarda uğurlu çıxış etdiyi dönəmdə klubdakı struktur dəyişikliyindən sonra prezident postu ləğv olunmuş, əsas səlahiyyət yeni yaradılan Müşahidə Şurasına verilmişdi.

Sadıq Sadıqov bir müddət şuranın üzvlərindən olsa da, “Neftçi”də çox qalmamışdı.

Cüdo Federasiyasında 6 il vitse-prezident vəzifəsini icra etdi, indi isə “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəridir.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

“Neftçi”dən ayrılandan sonra, lap dəqiq desəm, son 8 ildə Sadıqovu danışdırmaq istəsəm də, işlərinin çoxluğu, bəzən də futbol mövzusunda danışmaq istəməməsi müsahibənin baş tutmasını əngəlləyirdi.

Nəhayət, alındı. Söhbətləşmək üçün iş kabinetinə təklif etdi və 1 saatlıq müsahibədə təkcə futboldan yox, cüdodan və digər idman növlərindəki fəaliyyətindən söz açdıq.

 

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

– Mətbuatdan uzaq gəzirsiniz sanki. Daha doğrusu, futbol mövzusunda danışmaq istəmirsiniz. Səbəbi nədir?

– Müsahibə lazımdırsa, jurnalistlər müraciət etməlidir, axtarmalıdır (gülür). Mətbuatdan uzaq olsam da, jurnalistlərin arasında kifayət qədər savadlı dostlarımız var. Kim nə vaxtsa müsahibə üçün müraciət edibsə, can-başla razılaşmışam. Sadəcə Cüdo Federasiyasında işlərimiz həddən artıq çox idi. Bu gün də böyük işlər görürük, yaxşı mənada nələrsə etməyə çalışırıq. Açıq danışsaq, indi elə bir dönəmə gəlmişik ki, hansısa təşkilatda, idarədə vacib sualları mətbuat katibi cavablandırır, suallara aydınlıq gətirir, ya da müsahibəni təşkil edir. Allah rəhmət eləsin, Elnur Əşrəfoğlu daim jurnalistlərlə əlaqədə olurdu, sualları cavablandırırdı, müsahibələr təşkil edirdi. Hər zaman jurnalist qardaşlarımızın qulluğundayam.

– Yükünüz ağırdır?

– Çox, həddən artıq çox. Bu gün “Neftçi İdman Klubu”nda 26 idman növü üzrə 102 məşqçi-müəllim çalışır, xidməti müqavilə ilə 193, ümumilikdə 5 minə yaxın idmançı məşğul olur, ştat cədvəlində 337 nəfər var. Yəni kifayət qədər ciddi rəqəmlərdir, böyük kollektivə sahibik. Qarşıda bizi Paris Olimpiadası gözləyir, vaxtımız azdır. Ulu öndər Heydər Əliyevin vaxtilə idmanla bağlı qurduğu siyasi xəttin davamı olaraq ölkə Prezidenti cənab İlham Əliyev idmana xüsusi diqqət ayırır, bizdən və idmançılardan gözləntisi böyükdür. İdmançıların rahatlığı və uğur qazanması üçün lazım olan şəraitin yaradılmasına dair göstərişlər verir, hər ötən il yeni idman qurğuları inşa olunur, şəxsən yarışları izləyir, nəticələrlə maraqlanır, uğur qazanan idmançıları mükafatlarla stimullaşdırır. Biz də gördüyümüz işlərlə, qazandığımız nəticələrlə canab Prezidentin etimadını doğrultmalı, bayrağımızı dünya arenalarında dalğalandırmalıyıq. İdman cəmiyyəti olaraq olimpiadaya vəsiqə verən yarışlara qatılmalı, uğurlu nəticələr əldə etməliyik.

 

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

– Bugünkü nəticələr rəhbər kimi ürəyinizcədir?

– Koronavirus pandemiyası baş qaldırandan sonra müxtəlif sahələrdə olduğu kimi, idmanda da müəyyən eniş yaşandı. İdman zalları bağlandı, müxtəlif məhdudiyyətlər qoyuldu və bu da hansısa mənada planlarımıza öz təsirini göstərdi. Mütəmadi idmanla məşğul olan insan üçün idmandan aylarla yox, bir neçə gün uzaq düşmək çox böyük problemdir, itkidir. İdman zalları fəaliyyətini bərpa edəndən sonra idmançılarımızın hazırlığı yenidən yaxşıya doğru dəyişdi, fəallıq artdı. Dediyim səbəblərə görə Tokio Olimpiadasında nəticələr bizi qane etməmişdi. Amma Paris Olimpiadasına böyük ümidlər bəsləyirik. Prioritet idman növlərindən olan cüdoda, güləşdə və boksda hər zaman medallar qazanmışıq. İnanıram ki, gələn il idmançılarımız öz sözünü deyəcək. İndiyə qədər “Neftçi”nin yetirməsi olan Namiq Abdullayev, Vüqar Ələskbərov, İradə Aşumova, Elnur Məmmədli, Mövlud Mirəliyev, Vitaliy Rəhimov, Fərid Mansurov, Rövşən Bayramov, Toğrul Əsgərov, Rüstəm Orucov, Elmar Qasımov, Rəsul Çunayev, Hacı Əliyev, İrina Kindzerska kimi idmançılarımız olimpiadalarda medal qazanıblar. Məqsədimiz həmin uğurların davamını gətirmək, yeni idmançıların yetişməsinə nail olmaqdır.

– 2022-ci ilin yekunlarına dair hazırlanmış hesabatda medal göstəricisi kifayət qədər xoş görünürdü.

– Elədir. Ötən il idmançılarımız fərqli idman növlərində və müxtəlif yarışlarda 933 medal qazanıb. Bunların arasında beynəlxalq yarışlar – dünya və Avropa çempionatları, eləcə də ölkə daxili yarışlar var. Fikrimcə, bu, çox gözəl nəticədir.

– Cüdo Federasiyasındaydınız.

– Bəli.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

– Artıq orada deyilsiniz.

– Orada olduğumuz müddətdə idmanla bağlı bilik və təcrübəmizi ortaya qoymağa çalışdıq. Bugünkü rəhbərlik də vaxtilə qurduğumuz sistemi inkişaf etdirib ölkə cüdosunu irəliyə aparır. Bildiyiniz kimi, federasiyada dəyişiklik oldu və yeni rəhbər seçildi. Hər yeni gələn rəhbər kimi, o da öz heyətini qurdu, fəaliyyətinə bələd olduğu insanlarla çalışmaq istədiyini bildirdi. Bu gün cüdo millimizdə ölkəmizi təmsil edən idmançıların 60-70 faizi “Neftçi”də yetişən idmançılardır. Federasiyadan ayrılmağıma baxmayaraq, hazırda həmin idmançılar yenə bizimlədir, böyük danışmaq kimi olmasın, yenə həmin idmançılara rəhbərlik edirəm. Baxmayaraq ki, beynəlxalq yarışlar zamanı kimin hansı cəmiyyəti təmsil etməsi önəm daşımır. Önəmli olan ölkəmizin adınn yüksək tutulması, bayrağımızın beynəlxalq arenalarda ucalmasıdır. “Neftçi İdman Klubu”nda Bakıda və Sumqayıtdakı təlim-məşq bazalarında 500-dən çox uşaq 21 məşqçi-müəllimin rəhbərliyi altında cüdo ilə məşğul olur. Və bütün məşqlər təmənnasız keçirilir. Maaşlar, zalların kommunal və digər ödənişləri SOCAR tərəfindən qarşılanır. Bu, təkcə cüdoya yox, 26 idman növünün hər birinə aiddir.

– Futbol üçün darıxırsınız?

– Futbol sahəsindən uzaq düşməyimə baxmayaraq, bu idman növü həyat tərzimizə çevrilib. Futbol həqiqətən başqa bir şeydir. Onu digər idman növlərinə qata bilmərik.

– Oyunlara baxırsınız? Baş verənləri izləyirsiniz?

– İmkan düşdükcə baxıram.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

– Yerli, yoxsa xarici futbola?

– Birinci gərək öz futboluna baxasan ki, sonra xarici futbolla maraqlanasan. Hər sahədə, hər yerdə belədir, özününkinə qiymət verməsən, başqasına baxmağın xeyri yoxdur. Şəxsən mən belə düşünürəm.

– Premyer Liqada iştirakçı sayı artıb. Bilirsiniz yəqin.

– Əlbəttə, xəbərim var. Cari mövsümün əvvəlində “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya qayıtdı və mən bu xəbəri eşidəndə çox sevindim. Həmişə demişəm, yenə təkrar edirəm, futbolumuzun inkişafını istəyiriksə, mütləq və mütləq bölgələrdə futbol olmalıdır. Yadıma gəlir, “Neftçi”də işlədiyim vaxt Tovuza, Gəncəyə, Lənkərana səfər edəndə, bu, mənim üçün ən unudulmaz hadisələrdən birinə çevrilirdi. Oradakı ab-hava, insanların futbola sevgisi, meydanda və tribunalardakı gərginlik – izah olunması mümkünsüz xatirələrdir. Amma çox istərdim ki, Premyer Liqada klub sayı 12, lap 14 olsun. Çünki bu gün Qax-Zaqatala, Quba-Qusar, Masallı-Lənkəran Yevlax-Mingəçevir kimi bölgələrimizin də böyük futbolda təmsilçisi olmalıdır. Bu bölgələrdə yaşayan futbol azarkeşləri də o həyəcanı yaşamağı haqq edir. İnanır və ümid edirəm ki, ən qısa zamanda klub sayı 12-yə yüksələcək. (Sportinfo.az)

Related Posts

“Qarabağ” Portuqaliyadan futbolçu alır – Rəsmi təklif göndərdi
Azərbaycan futbolu

“Qarabağ” Portuqaliyadan futbolçu alır – Rəsmi təklif göndərdi

02 Fevral 2023
AÇ-2025: Millimiz Ukrayna və İngiltərəyə rəqib oldu
Azərbaycan futbolu

AÇ-2025: Millimiz Ukrayna və İngiltərəyə rəqib oldu

02 Fevral 2023
Load More
Next Post
“Əl-Nəsr”dən daha bir ulduza fantastik təklif

“Əl-Nəsr”dən daha bir ulduza fantastik təklif

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

I agree to the Terms & Conditions and Privacy Policy.

Son Xəbərlər

Alvesə daha bir şok xəbər – 5 milyon…

Alvesə daha bir şok xəbər – 5 milyon…

02 Fevral 2023

Ukraynalı futbolçu üçün 22 milyon avro ödədilər

Ukraynalı futbolçu üçün 22 milyon avro ödədilər

02 Fevral 2023

“Qarabağ” Portuqaliyadan futbolçu alır – Rəsmi təklif göndərdi

“Qarabağ” Portuqaliyadan futbolçu alır – Rəsmi təklif göndərdi

02 Fevral 2023

Ərəblərin yeni planı – Bu dəfə hədəfdə onlardır

Ərəblərin yeni planı – Bu dəfə hədəfdə onlardır

02 Fevral 2023

Milli üzvü “Azərreyl”də

Milli üzvü “Azərreyl”də

02 Fevral 2023

AÇ-2025: Millimiz Ukrayna və İngiltərəyə rəqib oldu

AÇ-2025: Millimiz Ukrayna və İngiltərəyə rəqib oldu

02 Fevral 2023

“Araz Naxçıvan”dan “Neftçi”yə 5 qol

“Araz Naxçıvan”dan “Neftçi”yə 5 qol

02 Fevral 2023

 “Dinamo”nun əmlakını yağmalayırlar

 “Dinamo”nun əmlakını yağmalayırlar

02 Fevral 2023

Türkiyə millisinin üzvü yenidən Bundesliqa klubunda

Türkiyə millisinin üzvü yenidən Bundesliqa klubunda

02 Fevral 2023

18 saniyə gecikən transfer

18 saniyə gecikən transfer

02 Fevral 2023

Qızı dinc dayanmır, indi də… – Fotolar

Qızı dinc dayanmır, indi də… – Fotolar

02 Fevral 2023

ABŞ-dan gözlənilməz jest – Rusiyalılar qayıdır

ABŞ-dan gözlənilməz jest – Rusiyalılar qayıdır

02 Fevral 2023

Mbappenin başına nə gəlib? – “Qara zolaq”, yoxsa…

Mbappenin başına nə gəlib? – “Qara zolaq”, yoxsa…

02 Fevral 2023

Günün oyunları – TV

Günün oyunları – TV

02 Fevral 2023

Açıqlandı – Ronaldonun məvacibi bu büdcədən ödənilir

Açıqlandı – Ronaldonun məvacibi bu büdcədən ödənilir

02 Fevral 2023

Rekord ardınca rekord – “Qalatasaray”dan

Rekord ardınca rekord – “Qalatasaray”dan

02 Fevral 2023

Onun arvadı Naranı inək adlandırdı

Onun arvadı Naranı inək adlandırdı

02 Fevral 2023

Ovusu “Ferentsvaroş”da debüt matçında qol vurdu

Ovusu “Ferentsvaroş”da debüt matçında qol vurdu

02 Fevral 2023

Təmkin Xəlilzadədə “Rəvan”da

Təmkin Xəlilzadədə “Rəvan”da

01 Fevral 2023

Prev Next
Facebook Twitter Google+ Pinterest VK RSS

About Us

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Read more

Son xəbərlər

Alvesə daha bir şok xəbər – 5 milyon…

Alvesə daha bir şok xəbər – 5 milyon…

02 Fevral 2023
Ukraynalı futbolçu üçün 22 milyon avro ödədilər

Ukraynalı futbolçu üçün 22 milyon avro ödədilər

02 Fevral 2023

Yazı təqvimi

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Dek   Fev »

© 2022 İDMAN XƏBƏRLƏRİ - AUT.AZ AUT.AZ.

No Result
View All Result
  • Əsas səhifə
  • FUTBOL
    • Azərbaycan futbolu
    • Dünya futbolu
    • Çempionlar Liqası
    • Avropa Çempionatı
    • Avropa Liqası
    • Dünya cempionatı
    • Konfrans Liqası
    • Millətlər Liqası
  • Digər
    • Futzal
    • Güləş
    • Gimnastika
    • Qaydasız döyüş
    • Hokkey
    • Həndbol
    • Tennis
    • Şahmat
  • Canlı hesab

© 2022 İDMAN XƏBƏRLƏRİ - AUT.AZ AUT.AZ.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

AUT.AZ saytını cihazın ekranına quraşdırın

QURAŞDIR
Bu veb sayt kukilərdən istifadə edir. Bu vebsaytdan istifadə etməyə davam etməklə siz kukilərin istifadəsinə razılıq vermiş olursunuz.
Verified by MonsterInsights