AUT.AZ

Ronaldo ultimatum verib – O isə “axmaqsan” deyib

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo “Mançester Yunayted”dən ayrıldıqdan sonra agenti Jorje Mendeşə ultimatum verib.

Aut.az “El Mundo”ya istinadən xəbər verir ki, Kriştiano agentdən tələb edib ki, onu “Bavariya” və ya “Çelsi”yə aparsın, əks təqdirdə əməkdaşlığı dayandıracaq.

Mənbənin sözlərinə görə, Mendeş futbolçunun tələbini “axmaqlıq” adlandırıb. Nəticədə Ronaldonun “Əl-Nəsr”ə transferi ilə bağlı sövdələşmə Mendeş olmadan baş tutdu.

Qeyd olunur ki, Mendeş və Ronaldo arasında çəkişmə Kriştiano “Real”da olan zamanı başlayıb. Ronaldo Lionel Messi qədər məvacib almaq üçün “Real”ı azad agent kimi tərk etmək istəyirmiş. Lakin Mendeş müştərisinə komandada qalmağı məsləhət görüb, “Real”dan ayrılmağın ən pis qərar olduğunu bildirib.

Exit mobile version