AUT.AZ

Qurban Qurbanovun oğlu bu nömrəni niyə seçib?

“Qarabağ” klubunun aparıcı futbolçuları forma nömrələrini dəyişiblər.

Aut.az xəbər verir ki, “köhlən atlar”ın gənc futbolçusu Musa Qurbanlı bundan sonra 22 deyil, 9 nömrəli formada oynayacaq. Diqqətçəkən məqam komandanın baş məşqçisi, eyni zamanda, 20 yaşlı forvardın atası Qurban Qurbanovun bir vaxtlar bu nömrə altında həm milli, həm də klub karyerasında çıxış etməsidir.

Milli komandanın üzvü Riçard Almeyda da nömrəsini dəyişib. Kadi Borgesin “Krasnodar”a transferindən sonra təcrübəli yarımmüdafiəçi yenidən 20 nömrəli formada çıxış edəcək.

Yeni transfer Adama Diakabi isə 87 nömrəni seçib.

Qeyd edək ki, bu dəyişikliklər PFL tərəfindən təsdiqlənib və klubun mövsümlük iştirak ərizəsində öz əksini tapıb.

Exit mobile version