AUT.AZ

Ordunu tənqid etdi, məhkəmə qarşısına çıxarılır

Rusiyalı sabiq futbolçu Yevgeni Savin məhkəmə qarşısına çıxacaq.

Aut.az xəbər verir ki, buna səbəb hazırda bloger kimi fəaliyyət göstərən Savinin Rusiya Silahlı Qüvvələri barədə verdiyi açıqlamalardı. O, məhz ordunu nüfuzdan saldığına görə inzibati məsuliyyətə cəlb edilib.

“Yevgeni Leonidoviç Savin 2022-ci il dekabrın ortalarında “YouTube” portalında videomüraciət vasitəsilə davam edən hərbi əməliyyata mənfi münasibət bildirən məlumatlar yayıb. İclası fevralın 1-nə təyin edilib” – deyə məhkəmənin mətbuat katibi Kseniya Rozina bildirib.

Savin, əsasən inzibati xəta törətməkdə ittiham olunur. Onu 50 min rubla qədər inzibati cərimə gözləyir.

Futbolçu karyerasını 2015-ci ildə başa vuran sabiq hücumçu “Tom”, “Anji”, “Amkar”, “Krlya Sovetov”, Tula “Arsenal”ının formasını geyinib. O, son olaraq “Tümen”də çıxış edib.

Exit mobile version