AUT.AZ

Niderland millisində yeni baş məşqçi – RƏSMİ

Niderland millisində baş məşqçi təyinatı reallaşıb. 

Aut.Az xəbər verir ki, bu posta Ronald Kuman təyin olunub.

Niderland Futbol İttifaqı Kumanın milli komandaya baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

Məlumata görə, tərəflər DÇ-2026-nın sonuna kimi müqavilə imzalayıblar.

Beləliklə, təcrübəli mütəxəssis ikinci dəfə milliyə rəhbərlik edəcək. O, daha əvvəl 2018-2020-ci illərdə Niderland millisinə rəhbərlik edib. Mütəxəssisin son iş yeri 2021-ci ilin oktyabrında tərk etdiyi “Barselona” olub.

Exit mobile version