AUT.AZ

Messinin vəkilinə müraciət etdi

“Barselona”nın keçmiş futbolçusu Dani Alves zorlama işində özünü müdafiə etmək üçün tanınmış vəkil Kristobal Martellə  müraciət edib.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Martell cinayət hüququ üzrə tanınmış ekspertdir. O, artıq məhkəmədə Lionel Messi, Neymar və Karles Puyol kimi ulduz futbolçuları uğurla müdafiə edib.

Dani Alves dekabrın 30-da Barselonada gecə klubunda bir qıza cinsi təcavüzdə ittiham olunur. Günahı sübut olunsa, onu 4 ildən 12 ilə qədər həbs gözləyir.

Exit mobile version