AUT.AZ

Futbolu qolfa dəyişdi

Bir müddət öncə futbol dünyasını şoka salaraq karyerasını başa vuran Qaret Beyl növbəti dəfə diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, uelsli sabiq vinger özünü sevimli idman növü olan qolfda sınayacaq. O, peşəkar “PGA Tour” turnirində çıxış edəcək. “Real” və “Tottenhem”in sabiq futbolçusunun mübarizə apardığı yarışın mükafat fondu 9 milyon dollardır.

156 peşəkar oyunçunun iştirak edəcəyi turnir fevralın 2-dən 5-ə kimi təşkil olunacaq. Əsasnaməyə görə, 156 həvəskar qolfçuya da özünü sınamağa imkan yaradılıb.

Exit mobile version