AUT.AZ

“Araz Naxçıvan”dan 3 qollu qələbə

I Divizionda mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Araz Naxçıvan” yoxlama oyununda qüvvəsini sınayıb.

Aut.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi MOİK-lə qarşılaşıb. Matç Azər Bağırovun yetirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

“Araz Naxçıvan”ın heyətində Söhrab Faxrabadi, Tuqay Əlizadə və Ege Atlan Adnan fərqləniblər.

Exit mobile version