AUT.AZ

Debütünü şərh etdi

Kriştiano Ronaldo “Əl-Nəsr”dəki rəsmi debüt matçı ilə bağlı təəssüratlarını bölüşüb.

Aut.az xəbər verir ki, 37 yaşlı futbolçu sosial şəbəkə hesablarındakı paylaşımında ilk oyunda qazanılan qalibiyyəti “Əla işdir!” yazaraq şərh edib. Ronaldo eyni zamanda, heyrətamiz dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib.

Kriştiano Ronaldo ötən gecə Səudiyyə Ərəbistanı çempionatının 14-cü turu çərçivəsində “Əl-İttifaq”la matçda meydana çıxıb. Superulduzun komandası 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin sonunda Səudiyyə Ərəbistanı təmsilçisinə transfer olunub.

Exit mobile version