AUT.AZ

Onu “Barsa”ya tövsiyə edibmiş

“Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın işinə qiymət verib.

Aut.az xəbər verir ki, Anri “CBS Sports”un efirində “Arsenal”ın MY üzərindəki qələbəsinə sevindiyini deyib, eyni zamanda Erik ten Haqın işini də yüksək qiymətləndirib:

“Arsenal” qalib gəldiyinə görə şadam, ikinci hissədəki çıxışı ilə buna layiq idi. Ancaq qulaq asın, “Mançester Yunayted” ten Haqın rəhbərliyi altında tamamilə fərqli bir komanda kimi görünür.

Düzünü desəm, mən onun böyük pərəstişkarıyam. “Barselona” Kumanı qovduqdan sonra onu Laportaya tövsiyə etdim. O, dahidir”.

Exit mobile version