AUT.AZ

“Neftçi” 10 milyonluq futbolçu transfer edir

Qış fasiləsinin sonuna doğru transfer fəaliyyətini gücləndirən “Neftçi” daha bir futbolçu ilə danışıqlar aparır.

Aut.az-ın məlumatına görə, “ağ-qaralar” tanınmış futbolçu Pape Şeyx Diopla danışıqlar aparır. O, menecerlər tərəfindən paytaxt təmsilçisinə təklif olunub. Maliyyə şərtləri kifayət qədər yüksək olan 25 yaşlı futbolçu ilə ortaq məxrəcə gəlmək asan olmayacaq. Bu, reallaşarsa, Diop həftə ərzində Bakıya gələcək və müqaviləyə qol çəkəcək.

Hazırda “Transfermarkt” portalında onun dəyəri 1,5 milyon avro olaraq qiymətləndirilib. Ancaq bu rəqəm əvvəllər daha çox olub.

Yəqin ki, Pape Diop adı bir çoxunuza Liqa1 və La Liqa kimi aparıcı çempionatlardan tanışdır. “Selta”nın uşaq futbol məktəbində yetişən yarımmüdafiəçi Viqo təmsilçisindəki uğurlu çıxışı sayəsində “Lion”a 10 milyon avroya transfer olunub. O, Fransa təmsilçisi ilə 5 illik müqavilə imzalasa da, bu komandanın heyətində möhkəmlənə bilməyib. Müxtəlif vaxtlarda “Selta” və “Dijon” kimi klublara icarəyə göndərilib. O, sözügedən komandaların heyətində daha yaxşı çıxış edib.

Ötən mövsümün sonunda “Lion” klubuyla müqaviləsi başa çatan Pape Diop azad agent statusu ilə Yunanıstana – “Aris”ə üz tutub. Saloniki təmsilçisində cəmi 6 ay çıxış edən seneqallı yarımmüdafiəçi bu müddət ərzində 15 oyunda iştirak edib.

Exit mobile version