AUT.AZ

İbrahimoviç də gedir?

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda futbolçu karyerasını başa vura bilər.

Aut.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb. Bildirilib ki, əməliyyat olunduqdan sonra sağalan 41 yaşlı hücumçu bu mövsüm hələ meydana çıxmayıb. Onun Çempionlar Liqasının 1/8 finalında “Tottenhem”lə oyunları buraxacağı da gözlənilir.

İbrahimoviçin yayda karyerasını başa vuracağı, klubun səfiri olacağı gözlənilir.

Qeyd edək ki, isveçli futbolçu sonuncu dəfə ötən ilin mayın 22-də oynayıb.

Exit mobile version