AUT.AZ

Devid Bekhemə hələ belə “ilişən” olmamışdı – Foto

“Mançester Yunayted” in və İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhemin oğlu Romeo Bekhem atasına “ilişib”.

Aut.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın “Arsenal”a səfər məğlubiyyətindən sonra (2:3) “İnstaqram” hesabında atasına mesaj yazıb. “Şirin yuxular, ata” deyən Romeo yazıya “topçular”a məxsus olan qırmızı və ağ rənglər əlavə edib. MY azarkeşi olan ata Bekhem oğluna cavab verməyib.

Qeyd edək ki, ötən gecə baş tutan qarşılaşmanı Devid Bekhem oğlu ilə birlikdə “Emireyts Arena”dan canlı izləyib.

Exit mobile version