AUT.AZ

Bu sözləri deyəndə hamı gülürmü. – İndi isə…

“Arsenal”ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenko mövsümün əvvəlində komanda yoldaşları ilə etdiyi söhbət haqda danışıb.

Aut.az xəbər verir ki, Zinçenko “Arseblog”a verdiyi açıqlamada bildirib ki, mövsümün əvvəlində komanda yoldaşlarına  “titul uğrunda mübarizə aparmalıyıq” deyəndə, həmkarları ona gülüb:

“Aydındır ki, mən “Arsenal”ın bütün oyunçularını tanıyırdım, lakin komandaya qoşulanda başa düşdüm ki, ciddi bir şeyə nail olmaq üçün hər şeyimiz var. Sonra paltardəyişmə otağında belə dedim: “Uşaqlar, ilk üçlüyə düşməyi və ya buna bənzər bir şeyi unudun. Birincilik uğrunda düşünməliyik”. Həmin vaxt bəziləri gülürdü, indi isə gülən yoxdur. Hamımız çempionluğu xəyal edirik.

Amma hələ qarşıda bizi çox oyun gözləyir, “Mançester Yunayted” qayıdıb, “Siti” həmişəki kimi zirvədədir. Addım-addım hərəkət etməliyik”.

Hazırda “Arsenal” Premyer Liqa turnir cədvəlində 1-ci yerdədir və ən yaxın təqibçini (Mançester Siti) 5 xal qabaqlayır.

Exit mobile version