AUT.AZ

Bu ölkədə “Arsenal”ın 20 azarkeşi saxlanıldı  

Uqandada polis “Arsenal”ın 20 azarkeşini həbs edib.

Aut.az xəbər verir ki, azarkeşlər “Mançester Yunayted” üzərindəki qələbəni bayram edərkən saxlanılıblar.

Oyundan bir gün sonra bir qrup azarkeş London klubunun  qələbəsini qeyd etmək üçün avtomobil yarışı keçirib. Polis beş avtomobildən ibarət karvanı saxlayıb, bütün azarkeşlərdən maşınlardan düşüb patrul maşınlarına minmələrini istəyib. Bundan sonra onları Jinjinin stansiyasına aparıblar.

Hüquq-mühafizə orqanları azarkeşlərin saxlanmasına hələlik münasibət bildirməyib. Bu barədə qrup üzvlərindən biri məlumat verib.

Exit mobile version