AUT.AZ

Azərbaycanlı onu havayı buraxır – Türkiyədən cavab gözləyir

 “Ximki”nin müdafiəçisi Dmitri Tixiy gələcəyindən danışıb.

Aut.az xəbər verir ki, məşqçilər korpusu onu Türkiyədəki qış toplanışına aparmayıblar. Daha əvvəl isə bildirilmişdi ki, futbolçu ilə Türkiyə klublarından biri maraqlanır.

Dmitri durma belə aydınlıq gətirib:

“Mənə yeni klub axtarmaq üçün danışıqlar aparmağa icazə verdilər. Müqavilə hələ də ləğv edilməyib. İndi sadəcə klub axtarmaqla məşğulam.  “Ximki” məni pulsuz buraxmağa hazırdır. Yeni klub mənim üçün heç nə ödəməli olmayacaq.

Türkiyə klubundan cavab gözləyirəm? Bəli, hələ də gözləyirəm. Bu, istədiyim qədər sürətli bir proses deyil. Rusiyadan heç bir klubdan konkret təklif olmayıb. Heyrətamizdir, amma belədir”.

Qeyd edək ki, “Ximki”nin sahibi azərbaycanlı iş adamı Tufan Sadıqovdur.

 

Exit mobile version