AUT.AZ

Azərbaycanlı döyüşçü rusiyalını nokauta saldı

Azərbaycanlı MMA döyüşçüsü Məhərrəm Həsənzadə rusiyalı Səid-Əhməd Xatuyevə qalib gəlib.

Aut.Az xəbər verir ki, döyüş Rusiyanın məşhur “AMC Fight Nights Global” təşkilatının “AMC Fight Night 117” turniri çərçivəsində keçirilib.

Məhərrəm ilk raundda rəqibinə texniki nokautla qalib gəlib.

Qeyd edək ki, Məhərrəm Həsənzadənin peşəkar MMA-da 8 qələbəsi, 1 məğlubiyyəti var.

Exit mobile version